-
- 23-08-2024, 10:00
- 3 927
Putin QƏRAR VERDİ - Ciddi şəkildə cəzalandırılacaq...
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna cavab vermək barədə qərar qəbul edib.
News24.az Musavat.com-a istinadən xəər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
O, Kiyevi ağır cəza gözlədiyini vurğulayıb.
"Sizə səmimi deyirəm ki, prezident qərar verib. Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hamı ciddi şəkildə cəzalandırılacaq", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, avqustun 6-da Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb. Ukrayna hərbçiləri sərhəddə yerləşən Sudja şəhərini atəşə tutublar. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin qırıcıları Rusiya ərazisinə daxil olaraq bir sıra yaşayış məntəqələrini nəzarətə götürə bilib.