Zelenski: Kurskda 1250 kilometrdən çox ərazi ələ keçirildi
    • 20-08-2024, 17:11
    • 595

Zelenski: Kurskda 1250 kilometrdən çox ərazi ələ keçirildi

Ukrayna ordusu avqustun 6-dan Rusiyanın Kursk vilayətində irəliləyir.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kurskda davam edən əməliyyatla bağlı açıqlama verib.

Zelenski bildirib ki, Ukrayna qüvvələri Kursk vilayətində 1250 kvadrat kilometrdən çox ərazini ələ keçirib.

Rusiya ilə bağlı “qırmızı xətlər kimi sadəlövh və xəyali anlayışların” Ukraynanın nəzarəti altında olan Sudja yaxınlığında bir yerdə dağıldığını bildirən Zelenski, Ukrayna əsgərlərinin ümumilikdə 92 yaşayış məntəqəsini ələ keçirdiyini əlavə edib.

Ukrayna sərhədindəki yaşayış məntəqələrinin mühafizəsi zərurətini əsas gətirən Zelenski, “Əgər tərəfdaşlarımız Rusiya ərazisində silah istifadəsinə dair mövcud məhdudiyyətləri aradan qaldırsalar, Kursk bölgəsinə fiziki olaraq girməyə ehtiyac qalmayacaq” deyib.

Günel Məlikzadə