Avstraliyada Kursk vilayətinə dəstək üçün yürüş keçirildi
    • 13-08-2024, 18:53
    • 364

Avstraliyada Kursk vilayətinə dəstək üçün yürüş keçirildi

Avstraliyanın Sidney şəhərində Kursk vilayətinin sakinlərinə dəstək məqsədilə dini yürüş keçirilib. 

News24.az bu barədə Kursk yeparxiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

“Avstraliyada Rusiyanın qələbəsi və Kursk bölgəsinə dəstək məqsədilə Allah Anasının möcüzəvi 800 yaşlı Kursk Kökü İkonunun iştirakı ilə dini yürüş keçirilib”, - məlumatda deyilib.

Yürüş iştirakçıları Rus Pravoslav Kilsəsinin rəhbərliyini Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etmək üçün ikonanı Kursk torpağına qaytarmağa çağırıblar.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi avqustun 6-da səhər saatlarında Ukrayna hərbçilərinin Kursk vilayətinin dərinliyinə getməyə cəhd etdiyini bildirib. Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Oleşnya və Nikolaevo-Daryino yaxınlığındakı rus qoşunlarının mövqelərinə hücum edib. 

Məryəm İlhamqızı