Hamiləlik müddətində həkim laqeyidliyi ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ
    • 23-08-2024, 19:34
    • 601

Hamiləlik müddətində həkim laqeyidliyi ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, ötən gün Quba rayonunda 38 həftəlik hamilə qadın doğuş zamanı özü və körpəsi dünyasını dəyişib. 

Bu hallar ölkə ərazisində zaman-zaman artır. 

Bəs buna səbəb nədir?

News24.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran mama-ginekoloq Təranə Həsənova bildirib ki, ana və uşağın sağlamlığının qorunması ananın, hamilə olduğu ilk gündən doğacağı günə qədər olan vaxtdan başlanılır:

 “Adətən insanlar hamilə qadının özü və ailəsi bunu yalnız və yalnız doğuş müddəti ilə əlaqələndirirlər.  Bu heçdə belə deyil, hər şey 9 ay müddətində olur. Yəni ananın və uşağın sağlamlığı 98 faizi burdan asılıdır.  

Bəs, doğum zamanı ölüm necə baş verir? Bu mamalıq patologiyasından ola bilər. Əgər uşaq da ölüm olubsa, bu mamalıq patologiyası ilə bağlıdır.

Qeyd edim ki, patologiyalar iki yerə bölünür: ekstragenital patologiyalar və mamalıq patologiyaları. Ekstragenital patologiyalar o deməkdir ki, ananın hər hansı bir daxili orqanında patologiya var. Məsələn, ürəyində, qaraciyərində patalogiya var.  Məhz bu 9 ay hamiləlik müddətində, hamiləliyin əvvəlində, hamiləliyə nəzarət edən həkim bunu aşkar edir və anaya hamiləliyini davam etməməyi bildirir. Bunun  orqanizm üçün çox böyük bir təhlükə olduğunu bildirir. 

Digər halda isə ananın orqanizmində hər hansı xroniki xəstəlik var. Yaxud da heç yoxdur, inkişaf etdikcə anada cürbəcür mamalıq patologiyaları yarana bilir. Bu hansı ki, ananın özünün və uşağın sağlamlığını çox ciddi təhdid edən mamalıq patologiyalarıdır.

O ki qaldı 38 həftəyə gəlmiş hamilə qadının doğum zamanı ölümünə, yəqin ki, hamiləlikdə həkim tərəfindən ciddi nəzarət olunmayıb, laqeydlik olub.  Bu ola bilsin ki, hamilənin özü, ailəsi və ya  həkim tərəfindən laqeyidlik baş verib. Ancaq ola bilər ki, düzgün qiymətləndirmə olmayıb. Yəni heç bir hal qəflətən baş vermir. Səbəbsiz nəticə yoxdur. Səbəb var ki, nəticə də var. Deməli hamiləlik müddətində ona ciddi nəzarət olunsaydı, son anda heçnə belə baş verə bilməzdi”.