11 yaşlı ananın körpəsinin vəziyyəti ağırdır
    • 30-10-2021, 11:50
    • 597

11 yaşlı ananın körpəsinin vəziyyəti ağırdır

Respublika Klinik Xəstəxanası 11 yaşında hamilə qalaraq uşaq dünyaya gətirmiş qızın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. 

Klinikanın hamiləlik patologiyası şöbəsindən bildirilib ki, ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır.
Xatırladaq ki, İmişlidə hamilə olan 11 yaşlı qızın uşağı Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Baş Prokurorluğun məlumatına görə, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda istintaq davam edir. /Qafqazinfo/