-
- 16-12-2019, 15:12
- 1 444
"Bu, travma sayılmır”- Körpənin sümüyünü sındıran həkim DANIŞDI
“26 ildir doğum şobəsində işləyirəm, 15 il bu şöbəyə rəhbərlik etmişəm. Neçə illik təcrübəmə dayanıb deyirəm ki, doğuş zamanı körpücük sümüyünün sınığı və ya çatı doğuş travması hesab edilmir”
Bunu News24.az-a açıqlamasında bir müddət öncə Mingəçevirdə doğuş zamanı körpənin körpücük sümüyünü sındıraraq ona ağır xəsarət yetrdiyi deyilən ginekoloq Gülnarə Quliyeva deyib. O, hadisənin baş verdiyini təsdiq etsə də, bunun ağır potoloji travma olmadığını bildirib: “Həmin hamilə xanım mənim gecə növbəsində olduğum zaman doğum sancıları ilə gəlmişdi. Bəzən uşağın çiyinlərinin distasiyasında, baş azad olduqdan sonra çiyinlə ləngiyirsə, uşaq boğulmasıln deyə, biz ginekoloqlar körpücük sümüyünü sındıra bilərik. Bu, əsasən çəkisi böyük olan uşaqlarda olur və ciddi potologiya sayılmır. Doğuş zamanı belə sınıq və ya çatlar yaranarsa, maksimum 14 günə öz-özünə, heç bir müalicəsiz, fəsadsız sağala bilir. Mən də doğuşu qəbul edən zaman yerdəyişməmiş balaca çat yaranıb. Bunu hamilə xanımın özünə və yaxınlarına da başa saldım ki, bu, ciddi travma deyil. Öz-özünə keçib gedir. Hətta travmatoloq da çağırdıq. O baxıb, bunun normal hal olduğunu bildirdi. Yəni, uşaqda heç bir hərəkət məhdudluğu olmayıb. Bunu anketdə də qeyd etmişik. Hətta bizim xəstəxanada 3 həkimdə də belə hadisə oldu. Uşaqların ailəsi bunu normal qarşıladı. Sadəcə, bu xəstənin yaxınları hadisəni qədul etmədilər. Mən də bunu hörmətlə qarşıladım. Bir də onlar qeyd ediblər ki, uşağın üzündə sinirlə bağlı problem yaranıb. Bunlar həqiqəti əks etdirmir”.
Xatırladaq ki, noyabrın 1-də sözügedən xəstəxanada doğuş həyata keçirən Günay Sadayevanın həyat yoldaşı Xəyal Sadayev övladının doğuş zamanı körpücük sümüyünün qırığı xəsarəti aldığını idda etmişdi. Ata bildirmişdi ki, uşağın gözündə, üzündə narahatçılıq var və vəziyyəti ağırdır.