İlkay Gündoğan rəsmi olaraq "Mançester Siti"yə keçdi
    • 23-08-2024, 16:18
    • 407

İlkay Gündoğan rəsmi olaraq "Mançester Siti"yə keçdi

"Barselona"dan ayrılan türk əsilli alman futbolçu İlkay Gündoğan keçmiş komandasına qayıdıb.

News24.az xəbər verir ki, Mançester Siti rəsmi açıqlama yayaraq İlkayı heyətinə qatdığını açıqlayıb.

"Barselona" klubundan ayrılan 33 yaşlı türk əsilli alman futbolçu "Mançester Siti" ilə 1 illik müqavilə imzalayıb. İngilis komandası "Hamımızın gözlədiyi an; xoş gəlmisiniz, İlkay" dedi.

Qeyd edək ki, Gündoğan ötən mövsüm "Barselona"nın heyətində 51 dəfə meydana çıxıb və 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Günel Məlikzadə