Gündoğan "Qalatasaray"ın təklifinə BELƏ CAVAB VERDİ
    • 8-06-2024, 21:31
    • 484

Gündoğan "Qalatasaray"ın təklifinə BELƏ CAVAB VERDİ

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan "Qalatasaray"a keçməkdən imtina edib.

Bu barədə "Sport.es" məlumat yayıb.

Qeyd olunur ki, “Qalatasaray”ın prezidenti Dursun Özbək Gündoğanla şəxsi görüş keçirib və onu İstanbul nəhənginə dəvət edib. Türkəsilli futbolçu isə Kataloniya klubundan ayrılmayacağını israrla bildirib.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi “Barselona”ya 2023-cü ilin yayında “Mançester Siti”dən keçib.

Ötən mövsüm Gündoğan bütün yarışlarda 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimidir.(Publika.az)