Qətliam kimi cinayət -5 nəfəri öldürdü, sonra intihar etdi
    • 13-09-2018, 11:25
    • 918

Qətliam kimi cinayət -5 nəfəri öldürdü, sonra intihar etdi

 ABŞ-ın Kaliforniya əyalətində, silahlı şəxs öz arvadı da daxil olmaqla 5 nəfəri öldürüb.

News24.az xəbər verir ki, hadisənin baş verdiyi yerdə ilk öncə arvadını silahla öldürən şəxs, daha sonra yanındaki  kişiləri qətlə yetirib. Hadisə yerindən qaçan şübhəli, polislə qarşılaşdığı zaman silahla başına atəş açaraq intihar edib.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Şəlalə Ağayeva