-
- 24-08-2024, 20:53
- 815
Əcnəbi Azərbaycan klubunun rəhbərini görün nə qədər xərcə saldı
"Turan Tovuz"la Azərbaycan Dəmir Yolları (ADY) arasında müqavilə imzalanıb.
Anlaşmaya əsasən, ADY Premyer Liqa təmsilçisinə xidmət göstərəcək.
Belə deyək, qərblilərin baş məşqçisi Kurban Berdiyev Azərbaycanda heç kimin etmədiyini edib. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev iyundan ölkəmizdə işə başlayan rusiyalı mütəxəssisin istəyi ilə kontrakt imzalamağı zəruri sayıb.
ADY ilə bağlanmış razılaşmaya görə, qarşı tərəf əyalət mənsubu üçün sürət qatarı ayırıb. Hansı ki, 4 vaqondan ibarət qatar yalnız «Turan Tovuz»a xidmət edəcək.
Xüsusi reys üzrə işləyəcək qatarın hərəkət qrafiki Berdiyevin özü müəyyənləşdirəcək.
Məsələn, komanda Tovuzda ev oyununu saat 20:00-başa vuracaqsa, nəqliyyat vasitəsi 1 saat sonra vağzalda onları gözləyəcək.
"Turan Tovuz" hər belə reys üçün qarşı tərəfə 8000 manat ödəyəcək.
Kollektivin Premyer Liqa çərçivəsində 18 ev oyunu keçirməsini nəzərə alsaq, bu məbləğ mövsümün sonunda 160 min manata çıxacaq. Kubok qarşılaşmalarını da hesaba qatsaq, rəqəm bir qədər də böyüyəcək. /sportinfo.az