“Hizbullah”ın hədəfləri AÇIQLANDI - MOSSAD qərargahı...
    • 25-08-2024, 17:43
    • 231

“Hizbullah”ın hədəfləri AÇIQLANDI - MOSSAD qərargahı...


İsrailin “Kanal 12” televiziyası bu gün “X” hesabında paylaşım edərək “Hizbullah”ın hücumlarının hədəflərini açıqlayıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə  “Azad İran” telegram kanalı məlumat yayıb.

“Livan Hizbullahının hədəfləri sırasında Mossadın qərargahı və İsrail ordusunun 8200 kəşfiyyat bölməsi də olub”, - deyə telekanal qeyd edib.

Xatırladaq ki, "Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib. Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub. Bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.