Rusiyanın Xalq artisti  vəfat etdi
    • 25-08-2024, 21:55
    • 18 296

Rusiyanın Xalq artisti vəfat etdi


Rusiyanın xalq artisti Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib.

News24.az baku.vs-ə istinadən xəbər verir ki, o, ötən gün Nijni Novqorod Gənclər Teatrında Sergey Jeleznovu oynadığı "Vassa" tamaşasında vəfat edib.

Qeyd edək ki, Remnev 1946-cı il avqustun 2-də doğulub. Qorki adına Teatr Məktəbini və Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Remnev 1972-ci ildən işlədiyi Nijni Novqorod Gənclər Teatrının aparıcı aktyoru olub.