Tək yaşadığı evdə ölü tapıldı
    • 26-08-2024, 09:40
    • 213

Tək yaşadığı evdə ölü tapıldı

Türkiyədə tək yaşayan Ekrəm K. ilə 3 gündür əlaqə saxlaya bilməyən qonşular polisə xəbər verib.

News24.az xəbər verir ki, sağlamlıq və polis qrupları ünvana sövq edilib. Qapını açan qruplar içəri girərək yerdə Ekrəm K.-nin cansız bədəni ilə qarşılaşıb.

Onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə