Ana və oğlu evdə ölü tapıldı
    • 23-05-2024, 22:10
    • 441

Ana və oğlu evdə ölü tapıldı

İstanbulda binanın ikinci mərtəbəsinə poçt buraxmağa gələn poçtalyon qapının açılmamasından və evdən gələn qoxulardan şübhələnib. Muxtara məlumat verib. Yaşlı qadının və oğlunun evdə yaşadığı mənzildən cavab ala bilməyən məhəllə muhtarı vəziyyəti polis, xilasetmə və təcili yardım qruplarına xəbər verib.

News24.az xəbər verir ki, hadisə yerinə gələn xilasetmə qrupları polis qruplarının nəzarətində qapını qıraraq içəri girib.

Hadisə yerinə gələn qruplar iki nəfəri evin döşəməsində hərəkətsiz vəziyyətdə tapıblar. Həkimlər tərəfindən aparılan yoxlamadan sonra bu şəxslərin öldüyü müəyyən edilib. Hələlik şəxsiyyətləri müəyyən edilməyən, lakin ana və oğlu olduğu müəyyən edilən şəxslərin cəsədləri polisin apardığı araşdırmalardan sonra Ədliyyə Tibb İnstitutunun morquna aparılıb.

Günel Məlikzadə