Qanunsuz saxlanılan silahlarla bağlı tədbirlər davam edir
    • 26-08-2024, 10:14
    • 216

Qanunsuz saxlanılan silahlarla bağlı tədbirlər davam edir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

News24.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.