Cinayət törədən 81 nəfər saxlanıldı
    • 18-01-2024, 09:52
    • 183

Cinayət törədən 81 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

News24.az xəbər verir ki, yanvarın 17-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Yanvarın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat silahı, 17 ədəd müxtəlif markalı tüfəng, 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Yanvarın 17-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 8,3 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin və 620 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.