Elektrik avtomobillərinin tam şarj edilməsi qadağan olunacaq - SƏBƏB
    • 26-08-2024, 19:33
    • 439

Elektrik avtomobillərinin tam şarj edilməsi qadağan olunacaq - SƏBƏB

Cənubi Koreya yanğın təhlükəsi səbəbindən elektrik avtomobillərinin tam şarj edilməsini qadağan edəcək.

News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.

Səlahiyyətlilər elektrikli nəqliyyat vasitələrinin istifadəsi qaydalarına yenidən baxılmasını istəyirlər: ictimai şarj stansiyalarında təxminən 80% şarj dayanmağa başlayacaq və akkumulyatorun doldurulma səviyyəsi 90%-dən çox olan batareyalı nəqliyyat vasitələri yeraltı dayanacaqlara buraxılmayacaq.

Qeyd olunur ki, məhdudiyyətlər bu yaxınlarda yeraltı dayanacaqda baş vermiş güclü yanğından sonra tətbiq edilir: 880 avtomobilə ziyan dəyib, 140-ı isə yanıb.

Bir ay əvvəl baş verən yanğının səbəbkarı “Mercedes-Benz EQE” olub. Həmin vaxt elektromobil heç bir səbəb olmadan alovlanıb.