-
- 26-08-2024, 15:04
- 744
"Hər bir qadın normal doğuş etməlidir" - Rəşid Mahmudovdan XƏBƏRDARLIQ
"Qeysəriyyə əməliyyatını yalnız çanağı kiçik olan qadınlar etməlidirlər".
Bunu News24.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.
Dosent bildirib ki, çanağın ölçüləri olur:
"Bəzən ana bətnində olan uşaq böyük, çəkisi isə artıq olur. Lakin hamilə qadında çanağın dar olduğunu müşahidə edirik. Çanaq dar olduğu zaman isə uşağın başı böyük olur və uşaq o çanaqdan çıxanda baş əzilə, beyin zədələnə bilər. Belə doğum zamanı isə uşaq kəllə-beyin travması ilə doğulur. Bu kimi hallarda qeysəriyyə əməliyyatına ehtiyac duyulur. Hər bir qadın normal doğuş etməlidir. Bu əməliyyat ananın gücsüz olub, güc verə bilmədiyi zaman edilməlidir. Əfsuslar olsun ki, indi qadınlar özləri güc verməsin, ağrı çəkməsinlər deyə bu əməliyyatı etdirirlər. Bu, heç də düzgün deyil".
Əməliyyatın bir sıra mənfi cəhətləri olduğunu vurğulayan həkim sözlərinə belə davam edib:
"Qeysəriyyədən sonra ən azı 2-3 il keçməlidir ki, qadının uşaqlığı da normaya düşsün, kəsilmiş yer də tamamilə sağalsın. Bu, birinci mənfi haldır, ikincisi isə qeysəriyyə əməliyyatı zamanı körrpə birdən-birə havaya çıxdığı üçün beyninə qan sıza bilər".
Günel Məlikzadə