-
- 27-08-2021, 15:44
- 412
"Taliban" əfqanların xaricə getməsinə icazə verəcək, amma...
"Sənədləri olan əfqanlar Kabil hava limanının mülki bölməsinin açılmasından sonra xaricə gedə biləcəklər".
News24.az xəbər verir ki, bu sözləri "Taliban"ın Qətərdəki siyasi ofisinin sözçüsü Suheil Şahin deyib.
Onun sözlərinə görə, ötən gün "Taliban" heyəti Qətərin paytaxtı Dohada diplomatlarla görüşüb. Görüş zamanı tərəflər siyasi məsələlər və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.