Məşhur serialın aktyoru EVLƏNDİ
    • Dünən, 22:06
    • 385

Məşhur serialın aktyoru EVLƏNDİ

Məşhur aktyor Ed Westwick instaqram hesabında uzun müddətdir sevgili olduğu Amy Jackson ilə keçirdiyi böyük günün fotolarını paylaşıb.

News24.az xəbər verir ki, Cekson kəmərsiz, uzun ağ gəlinliyi və krujevalı duvağı ilə göz qamaşdırıb. Westwick də ağ pencək, qara şalvar və papyon geyinib. 

"Səyahət yeni başlayır" deyən aktyor üzük emojisi əlavə edərək başlıq yazıb.

Xatırladaq ki, 2024-cü ilin əvvəlində İsveçrə Alp dağlarına xizək gəzintisi zamanı Bollivud ulduzu aktrisaya evlilik təklifi edən Vestvik bu özəl anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Cütlük mart ayında Londondakı L'Atelier Robuchon Fransız restoranında dostları və ailəsi ilə nişanlarını qeyd etmək üçün 1 Hotel Mayfair-dən çıxarkən görüntülənib.

Onu da qeyd edək ki, 2021-ci ildə tanış olan cütlük 2022-ci ildə Sevgililər Gününə az qalmış İnstaqramda münasibətlərini açıqlayıb.

Məryəm İlhamqızı