Səhvən həbs edilən şəxs dövlətdən 7 MİLYON TƏLƏB ETDİ
    • 26-08-2024, 23:06
    • 3 582

Səhvən həbs edilən şəxs dövlətdən 7 MİLYON TƏLƏB ETDİ

Dağıstanda səhvən 8 il həbs cəzası çəkən şəxs dövlətdən 414 milyon (təxminən 7 milyon azn) rubl tələb edib. 

News24.az xəbər verir ki, bu barədə Baza yazır.

Zaynulabidin Mirzəbəyov 2010-cu ilin aprelində narkotik alveri ilə bağlı işdə müttəhim olub. Müstəntiqlər onu demək olar ki, 200 qram heroin satmaqda günahlandırıblar. Lakin həbsdən 53 saat sonra tərtib edilən protokolda çoxsaylı qanun pozuntuları olub. İttiham tərəfinin çoxsaylı qeyri-dəqiqliklərinə baxmayaraq, 2011-ci ildə Mirzəbekov 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkəmə hökmə yenidən baxaraq, məhkumu 8,5 il müddətinə azadlıqdan məhrum edib.

Bütün bu müddət ərzində Dağıstanlı öz günahsızlığını sübut etməyə çalışıb, lakin yalnız 2021-ci ildə məhkəmə işin saxtalaşdırıldığını bildirib. Bəraət hökmü 12 illik cinayət təqibindən sonra qüvvəyə minib. 

Mirzəbəyovun 8 ili dəmir barmaqlıqlar arxasında keçib. İndi o, mənəvi ziyana görə təzminat tələb edir. Zərərçəkmiş qondarma ittihamlardan ümumi zərəri 414 milyon rubl qiymətləndirib.

Məryəm İlhamqızı