Bakıda bağçanın qarşısında 6-7 yaşlı qız uşaqlarını soyan şəxs HƏBS EDİLDİ
    • 19-05-2022, 13:35
    • 512

Bakıda bağçanın qarşısında 6-7 yaşlı qız uşaqlarını soyan şəxs HƏBS EDİLDİ

Bakıda azyaşlı uşaqları soyan şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, ötən ilin iyul aynda Xətai rayonu M.Rüstəmov küçəsində yerləşən “Kiçik Mələklər” uşaq bağçasının yaxınlığında 2014 və 2015-ci il təvəllüdlü qızları aldadaraq, kənara çəkən və onların qulaqlarındankı sırğaları soyğunçuluq yolu ilə ələ keçirən 1980-ci il təvəllüdlü Seymur Rəsulov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq-təkrar törədildikdə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zaman məlum olub ki, Seymur daha əvvəl də həbsxana həyatı yaşayıb. O, əvvəllər soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə maddələri ilə məhkum edilib. Son olaraq 2009-cu ildə həbs edilən və 12 il müddətinə azadlıqdan məhrum edilən şəxs yeni həbsdən çıxıb, fəhlə kimi çalışırmış. Lakin o, azadlıqda olduğu qısa müddət sonra yenidən cinayət törədərək həbs edilib.

Xətai rayon Məhkəməsi Seymur Rəsulovu 180.2.2-ci maddə ilə təqsirli bilərək onu 4 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.