-
- 27-08-2024, 12:06
- 294
ABŞ-dən Ukraynaya yeni DƏSTƏK
Birləşmiş Ştatlar Ukraynanın zədələnmiş sistemlərini təmir etmək üçün ona enerji avadanlıqlarının tədarükünü artırıb.
News24.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bu avadanlıq həm də respublikanın enerji sisteminin dayanıqlığını artırmaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 26-na keçən gecə və səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji sektoruna iri raket və pilotsuz təyyarələrlə hücum edib. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, bu, ən böyük raket zərbələrindən biridir. Respublikanın hər yerində elektrik və suda fasilələr qeydə alınıb, dəmir yollarının fəaliyyəti pozulub, Kiyev su elektrik stansiyasına da ziyan dəyib. Ukraynanın bütün bölgələrində fövqəladə elektrik enerjisi kəsilib.
“Ukrenerqo” Ukraynanın energetika obyektlərinə dəyən ziyanın həddən artıq böyük olduğunu, elektrik stansiyalarının və yarımstansiyaların güc həddində işlədiyini bəyan edərək, şirkət əhalini elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.
Ukraynanın energetika naziri German Qaluşenko da vətəndaşlardan mümkün işıqların kəsilməsinə hazırlaşmağı və generatorlar almağı xahiş edib.
Məryəm İlhamqızı