Rusiyadan Ukraynaya raket və PUA HÜCUMU
    • Dünən, 17:30
    • 164

Rusiyadan Ukraynaya raket və PUA HÜCUMU

Rusiya bu gün səhər saatlarında Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

News24.az xəbər verir ki, Ukrayna rəsmiləri səhər saatlarında 100-dən çox raket və 100-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumlarda 5 nəfərin həyatını itirdiyini, enerji obyektlərinin hədəf alındığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski hücumla bağlı açıqlamasında belə deyib: 

“Bu, ən böyük birləşmiş hücumlardan biri idi. Rusiyanın əksər hücumları kimi, bu da kritik mülki infrastrukturu hədəf alan gizli bir hücumdur”.

Zelenski əlavə olaraq, enerji sektorunun da ziyana uğradığını deyib.

Ukraynanın baş naziri Denis Şmıxal açıqlamasında 15 rayonun zərər gördüyünü bildirib.

Səlahiyyətlilər bildiriblər ki, enerji infrastrukturunun hədəf alındığı nöqtələr Rovne və Volın, Xmelnitski, Jitomir, Dnepropetrovsk, Kirovohrad, Vinnitsa, Zaporojya və Odesa vilayətləri və Lvov şəhəri olub. 

Bildirilib ki, qeyd olunan məntəqələrin azı 7-də vurulmuş və zədələnmiş obyektlər olub.

Məryəm İlhamqızı