Rusiya enerji infrastrukturunu vurdu: 72 bölgədə elektrik enerjisi kəsildi
    • 20-08-2024, 16:52
    • 246

Rusiya enerji infrastrukturunu vurdu: 72 bölgədə elektrik enerjisi kəsildi

Rusiya Ukraynanın şimalındakı Sumıda enerji infrastrukturunu raketlərlə vurub.

News24.az xəbər verir ki, Ukrayna rəsmiləri bu gün Rusiyanın pilotsuz uçuş aparatının (PUA) hücumunun ölkənin qərbində böyük yanğına və bunun da havada xlor səviyyəsinin artmasına səbəb olduğunu açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri bildirib ki, Ukrayna qüvvələri ölkə daxilində doqquz obyektə edilən hücumda üç ballistik raketi və 26 PUA-dan 25-ni vurub.

Sumı vilayətinin hakimiyyət orqanları bildiriblər ki, enerji obyektinin zədələnməsi nəticəsində 72 yaşayış məntəqəsində və 18500-dən çox istehlakçıda elektrik enerjisi kəsilib.

Telegram mesajlaşma tətbiqi vasitəsilə edilən açıqlamada vilayət administrasiyası energetiklərin dəymiş ziyanı aradan qaldırmağa tələsdiyini bildirib.

Günel Məlikzadə