Ard-arda iki təyyarə qəzası: Ölən var
    • Bu gün, 12:30
    • 284

Ard-arda iki təyyarə qəzası: Ölən var

ABŞ-ın Nebraska ştatının Noks bölgəsində kiçik təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, ştat rəsmiləri Knoxda baş verən kiçik təyyarə qəzası ilə bağlı açıqlama verib.

Səlahiyyətlilər bildiriblər ki, Noks bölgəsində qəzaya uğrayan “Rans S-19” tipli kiçik təyyarənin pilotu ölüb.

Onu da qeyd edək ki, bu qəzadan təxminən yarım saat sonra "Piper PA-28-140" tək mühərrikli təyyarə eyni ştatın Ueyn bölgəsində qəzaya uğrayıb.

Həyatını itirən və ya yaralananlarla bağlı məlumat paylaşılmayıb və qəza ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Hər iki qəzanı araşdırmaq üçün bölgəyə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri göndərilib.

Günel Məlikzadə