Türkiyəli aktrisa vəfat etdi - FOTO
    • Bu gün, 17:10
    • 217

Türkiyəli aktrisa vəfat etdi - FOTO

“Qapıçılar kralı”, “Şabanın oğlu Şaban”, “Məhəllə muxtarları” kimi filmlərdə rol alan usta aktrisa Sevil Üsttekin dünyasını dəyişib.

News24.az xəbər verir ki, Film-San Fondu aktrisanın ölüm xəbərini verib.

Açıqlamada “Allah aktrisa Sevil Üsttekinə rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı veririk” deyilir.

Qeyd edək ki, Sevil Üsttekin Üsküdar Amerika Qız Liseyini bitirib. Muhsin Ərtoğrulun rəhbərliyi altında özəl teatr məktəbi olan LCC Dil və Mədəniyyət Mərkəzində 3 il təhsil alıb. Bizim Teatrda, Gazete Teatrında, Ali Poyrazoğlu Teatrında, Gülriz Sururi - Engin Cezzar Teatrında, Nisa Serezli - Tolga Aşkıner Teatrında, Dostlar Teatrında, Şan Teatrında, Dormen Teatrında işləyib.

Günel Məlikzadə