"Azərsu" rəhbərliyi Quba, Qusar, Şabran və Siyəzəndə sakinlərlə görüşəcək
    • 7-06-2019, 16:10
    • 3 993

"Azərsu" rəhbərliyi Quba, Qusar, Şabran və Siyəzəndə sakinlərlə görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov iyunun 14-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

News24.az-ın məlumatına görə, iyunun 17-də “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. 18-də Şabran şəhərində keçiriləcək qəbulda “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. 

Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.