Qorxmaz Hüseynov vətəndaşları qəbul edəcək
    • 12-07-2019, 14:48
    • 1 045

Qorxmaz Hüseynov vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında  şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov iyulun 19-da Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

News24.az 
xəbər verir ki, iyulun 22-də  “Azərsu” ASC sədrinin birinci müavini Teyyub  Cabbarov Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarından olan sakinlərlə görüşəcək. 23 iyul 2019-cu il  tarixində “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Qəbələ şəhərində Qəbələ və Oğuz  rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi, [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.