-
- 27-08-2024, 18:35
- 2 154
"Dolların manat qarşısında bahalaşması..." — Ekspert
Dolların manat qarşısında bahalaşması üçün hazırda onu zərurətə çevirən şərait yoxdur.
News24.az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlmasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ölkənin valyuta ehtiyatları, neftin qiyməti, makroiqtisadi göstəricilər, o cümlədən də ticarət balansı imkan verir ki, manata qarşı olan təyziqi hökumət qarşılaya bilsin və devalivasiyaya getməsin:
“Buna görə də 2024-cü ildə devalivasiyanın olacağı gözlənilən deyil. Amma növbəti illərdə təbii ki, mütləq bu baş verəcəkdir. Çünki başqa cür mümkün də deyil. Sadəcə bu proses nə zaman olacaq, bu artıq aidiyyatı qurumlar tərəfindən verilən bir qərar olacaq. Bu proses sırf azad bazarın tənzimlədiyi bir situasiya olmadığı üçün daha çox müəyyən subyektlər tərəfindən qərararın verildiyi üçün dəqiq proqnozlar söyləmək mümkün deyil. Mümkün olan odur ki, hazırda 2024-cü il üçün devalvasiya gözlənilmir. Amma qarşıdakı illərdə bu mümkün ola bilər. Lakin birbaşa 3 manatlıq bir səviyyənin müəyyənləşəcəyi də inandırıcı deyil”.