-
- 11-03-2024, 18:07
- 499
"İndi dolların ən ucuz vaxtıdır" VİDEO
"Bu il Azərbaycanda dolların nə bahalaşacağını, nə də ucuzlaşacağını gözləmirəm".
Bunu News24.az-a açıqlamasında iqtisadtçı, ekspert Xalid Kərimli bildirib.
Dolların Azərbaycanda ucuzlaşacağı ehtimalının olmadığını vurğulayan ekspert deyib:
"Ümumiyyətlə nə bu il, nə də qarşıdakı illərdə Azərbaycanda dollar ucuzlaşmayacaq. İndi biz dolların ən ucuz vaxtlarını görürük".
Bu il dolların bahalaşmasını da gözləməyən Xalid Kərimli bunun səbəblərini belə izah edib:
"Bu il dolların bahalaşacağını da gözləmirəm. Birinci olaraq Azərbaycan ucuz dollarda maraqlı deyil. Yəni, dolların ucuzlaşması üçün əsas olsa da, hökumət buna getməyəcək. Mərkəzi Bankın rezervlərinin artırılması da məhz dolların ucuzlaşmasının qarşısının alınması üçün idi. Bu hal iqtisadiyyat üçün zərərlidir. İkinci olaraq son iki ayda da, bundan sonrakı 10 ayda da enerji qiymətlərinin baha olacağı gözlənilir. Hökumət də bu qeyri-populyar addıma məcbur olmadıqca getməz. Bu çünki, əlavə baş ağrısı və inflyasiya deməkdir. Hal-hazırda isə hökumətin əsas prioriteti inflyasiyanı aşağı salmaqdır".
Günel Məlikzadə