Razi Əliyeva şəxsi həyatından DANIŞDI
    • 28-08-2024, 14:32
    • 456

Razi Əliyeva şəxsi həyatından DANIŞDI

"Haqqımda çox şayiələr danışıblar. Çox vecsiz insanam, yoxsa psixoloji dispanserdə olardım. Psixologiyam çox güclüdür. Təbii ki, mənə çətin olur. Amma özümü toparlamağı bacarıram. Haqqımda məni əsəbləşdirən şayiələrdən biri ailə dağıtmağım haqqındadır. Bu söz-söhbətlə iki dəfə qarşılaşmışam. Sübut da göstərirsən, amma insanlar inanmaq istəmirlər. Onlar yaxşıdırlar, mən pisəm".

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri "Miss Azərbaycan 2017” yarışmasının qalibi, model Razi Əliyeva Fidan Mustafayevanın yutub proqramında deyib:

"İkinci şayiə isə odur ki, ailə quranda hamı mənə yazırdı ki, oğlan "prokat"dır, şoudur. Sübut edə bilmirdim ki, bunlar hamısı yalandır. İnsanlara necə sübut edim ki, həyat yoldaşımla 12 ildir bir-birimizi tanıyırıq. O məni 16 yaşımdan sevib. O vaxt İnstaqram yox idi ki, birlikdə şəkillərimiz olsun... Münasibətlərimiz o zaman alınmamışdı".

“Xoşbəxtsənmi” sualına Razi Əliyeva belə cavab verib: “Bəzən xoşbəxtəm, bəzən yox. Bu, səhər hansı əhvalda oyanmağımdan asılıdır. Ümumən xoşbəxt deyiləm desəm, günah və naşükürlük olar...”

Qeyd edək ki, Razi Əliyeva 2023-cü ildə Nicat adlı bəylə ailə qurub.