Pavel Durovun qardaşı da axtarışa verilib - FOTO
    • 28-08-2024, 16:45
    • 301

Pavel Durovun qardaşı da axtarışa verilib - FOTO

“Telegram” və “VKontakte”-nin yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib.

News24.az publika.az-a istinadla xəbər verir ki, “Politico” məlumat yayıb.

Durov qardaşlarının həbsi üçün orderlər 2024-cü ilin martında verilib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Azərbaycandan şəxsi təyyarəsi ilə şəxsi təyyarəsi və mühafizəçisi ilə uçduğu Paris Le Burje hava limanında saxlanılıb. Makron həbs qərarının siyasi olmadığını bildirib. Həbs müddəti avqustun 28-dək uzadılıb: bu gün iş adamı ya azadlığa buraxılmalı, ya da rəsmi ittiham irəli sürülməlidir.