Hər şeydən narazı, hər şeyə mız qoyan bürclər - Onları qane etmək çətindir...
    • 28-08-2024, 16:57
    • 1 161

Hər şeydən narazı, hər şeyə mız qoyan bürclər - Onları qane etmək çətindir...

Bəzi bürclər hadisələrə və vəziyyətlərə daha tənqidi və narazı yanaşma nümayiş etdirirlər. Onlar ətraflarında baş verənlərlə bağlı daimi bir narahatlıq keçirir və ovqatlarını tez-tez ifadə edirlər.

Qız - hər şeyin mükəmməl olmasını istəyir. Buna görə də, ətrafdakı ən kiçik çatışmazlıqları belə fərq edir və bundan narahat olurlar. Qızlar daim təkmilləşmə və düzəliş axtarırlar, bu da onları hərdən hər şeydən şikayət edən birinə çevirir. Onların bu tənqidi xarakteri həm özləri, həm də ətrafdakılar üçün çətinlik yaradır.

Oğlaq - intizamlı və məsuliyyətli xarakteri ilə tanınır. Oğlaqlar həyatda müəyyən nizam və sabitlik axtarır, bu nizam pozulduqda narahat olurlar. Yüksək standartlara meylli olduqları üçün ətrafda bir çox şeydə qeyri-adekvat cəhətlər tapa bilərlər. Oğlaqlar çox vaxt məsuliyyətlərinin ağırlığından şikayətlənir və gözləntiləri doğrulmayanda narazılıqlarını ifadə etməkdən çəkinmirlər.

Xərçəng - emosional və həssas təbiəti ilə tanınır. Onlar ətrafdakı emosional atmosferə çox həssasdırlar və ən kiçik mənfiliyi belə dərindən hiss edirlər. Bu bürcün insanları özlərini təhlükəsiz hiss etmədikdə və ya emosional ehtiyacları ödənilmədikdə şikayət etməyə başlayırlar. Onlar adətən insanların laqeydliyindən, anlayışsızlığından şikayətlənirlər.

Əqrəb - dərin duyğulara sahibdirlər. Çox vaxt hadisələri pərdə arxasında görməyə və onları dərindən təhlil etməyə meyllənirlər. Bu bürcün insanları gözləntiləri doğrulanmadıqda və ya etibar etdikləri insanlardan gözlədikləri sədaqət alınmayanda şikayətçi olurlar. Əqrəblər daxili aləmlərində yaşadıqları mürəkkəbliklərə görə ətraflarından narazılıqları zaman-zaman büruzə verirlər.//teleqraf