Ata azyaşlı oğluna qadın paltarları geyindirib RƏQS ETDİRDİ - BİABIRÇILIQ
    • 12-10-2024, 02:00
    • 479

Ata azyaşlı oğluna qadın paltarları geyindirib RƏQS ETDİRDİ - BİABIRÇILIQ

Son zamanlar artan qadın qətli və uşaq zorakılığı xəbərlərinə yeni biri əlavə olunub.

News24.az xəbər verir ki, Esra Erolun verilişinə qatılan ana övladının məruz qaldığı zorakılığın dəhşətli fotolarını tamaşaçılara göstərərək, bu ağrılı hadisənin davam etməsinə imkan verməyəcəyini vurğulayıb.

Qadın qəyyumluğu atasının yanında olan 12 yaşlı oğluna qadın paltarları geyindirərək kişilərlə görüşdürdüyünü iddia edir. O bildirib ki, keçmiş əri Alper Gümüşün həyat yoldaşı Selin ona zəng edərək "Oğlunun vəziyyəti yaxşı deyil, bu uşağı xilas etməlisən" deyib.

O övladının qadın paltarında, makiyajlı şəkillərini ona Selinin göndərdiyini açıqlayıb. "Azyaşlı oğluma qadın kimi rəqs elətdirməyi öyrədiblər. Onu bütün bunlara məcbur edirlər" deyən qadın ağlayaraq fəryad edib.

Bu dəhşətli iddialar tamaşaçıları dərindən kədərləndirib və uşaq istismarı və gender qavrayışı ilə bağlı mühüm müzakirələr başladıb. Qadın övladının təcili xilas edilməsinə ehtiyac olduğunu bildirib və səlahiyyətlilərə müraciət etdi. /Sonxeber.az/