-
- 12-10-2024, 00:04
- 378
Bilmədən donuz əti yemək günahdır?
Türkiyədə restoranlardan birində müştərilərə mal əti adı ilə satılan dönər və kotletlərdə donuz ətinin aşkar edilməsi geniş müzakirələrə səbəb olub.
News24.az “Haber Global”a istinadən xəbər verir ki, sözügedən hadisə İslam dininə görə bilmədən donuz əti yeməyin günah olub-olmamasını gündəmə gətirib.
Məsələ ilə bağlı açıqlama verən türkiyəli ilahiyatçı “Aldadılma və ya hiylə yolu ilə donuz əti yemək insanı Allah yanında günahkar etməz” deyib.
Teymur Məmmədov