-
- 28-08-2024, 17:10
- 241
Pavel Durov məhkəməyə gətirilib
Teleqramın həmtəsisçisi Pavel Durov Paris məhkəməsinə gətirilib.
News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, onun ilkin saxlanılma müddəti başa çatıb.
Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.
O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.