-
- 29-08-2024, 11:29
- 824
Hər kəs eyni səhvi edir - Tərəvəz və meyvələri belə yumayın
Tərəvəz və meyvələri təmiz yumağın ən məşhur üsulu onları sirkəli suda saxlamaqdır.
News24.az xəbər verir ki, mikrobları öldürmək üçün tərəvəz və meyvələri sirkəli su ilə yumaq faydadan çox zərər verir.
Sirkəli su yeməyi təmizləməz. Tərəvəz və meyvələrdən, kənd təsərrüfatı məhsullarından kimyəvi pestisidləri çıxarmaq üçün onları sirkəli su ilə yumaq əvəzinə başqa üsullara müraciət etmək lazımdır.
Bildirək ki, bitkilərə zərər verə biləcək zərərvericiləri və arzuolunmaz alaq otlarını məhv etmək üçün kənd təsərrüfatında istifadə edilən pestisidlər sağlamlığınızı ciddi şəkildə təhdid edir. Bu kimyəvi maddələri aradan qaldırmaq üçün meyvə və tərəvəzləri düzgün təmizləmək lazımdır.
Pestisidlərin qida ilə insan orqanizminə daxil olması qan dövranı sisteminin pozulmasına, qaraciyər və böyrəklərdə xoşagəlməz vəziyyətlərə səbəb ola bilər.
Bəzi araşdırmalar sirkəli suda saxlanılan tərəvəz və meyvələrin üzərindəki pestisidlərin çoxunun yox olmadığını göstərir. Əksinə, suda saxlanılan bu məhsullarda pestisidlər daha davamlı və zərərli olur. Pestisidlərin istifadəsinə dair təlimatda belə bir ifadə var: "Qələvi deyil, turşulu su ilə qarışdırın".
Tərəvəz və meyvələri zərərli kimyəvi maddələrdən təmizləmək üçün sirkəli su əvəzinə soda istifadə edə bilərsiniz. Tərəvəz və meyvələri təmizləməyin ən ideal yolu çörək sodasından istifadə etməkdir.
Hər litrə 2 çay qaşığı soda əlavə etmək lazımdır. Beləliklə, tərəvəz və meyvələrdə olan dərmanların çoxu yox olur. Bunun üçün yarım saat gözləmə müddəti kifayətdir.
Günel Məlikzadə