-
- 30-08-2024, 09:02
- 252
"İsrailin müdafiəsinə sadiqliyim sarsılmaz və mütləqdir"
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edir. Demokratlar Partiyasından prezidentliyə namizəd Harris və vitse-prezidentliyə namizəd Tim Uolz CNN telekanalına ilk müsahibələrini veriblər.
News24.az NTV-yə istinadən xəbər verir ki, daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən ABŞ-ın İsrail siyasətinə qədər bir çox mövzuda sualları cavablandıran Harris, Demokratik Partiya Konqresindəki çıxışında olduğu kimi mesajlar verib.
Müsahibənin xarici siyasət bölməsində Harris ABŞ-İsrail münasibətləri və Qəzzadakı humanitar böhranla bağlı ABŞ prezidenti Co Baydendən fərqli olaraq nə edəcəyi sualını cavablandırıb.
Harris bildirib ki, hazırda onların prioritetləri atəşkəs razılaşmasıdır: "Açıq deyim ki, İsrailin müdafiəsinə və özünü müdafiə qabiliyyətinə sadiqliyim sarsılmaz və mütləqdir. Bu, dəyişməyəcək".
Demokrat Partiyasının içindəki bir kəsimin intensiv şəkildə "İsrailə silah embarqosu" tələb etdiyini xatırladan aparıcı "Bu silah siyasətində dəyişiklik olmayacaqmı?" deyə sual verib.
Harris, "Xeyr. Biz indi sülh anlaşmasını yekunlaşdırmalıyıq" -deyə cavab verib.
Harris İsrailə dəstəyini təkrarlayaraq, çoxlu sayda fələstinli mülki vətəndaşın həyatını itirdiyini qeyd edərək, "Bu (atəşkəs) razılaşmasını həll etməliyik. Bu müharibə bitməlidir. Müqaviləni tamamlayıb məhbusları çıxarmalıyıq. Gəlin kömək edək ki, məhbuslar və atəşkəs təmin edilsin” dedi.
Günel Məlikzadə