Kamala Harris Trampı ələ saldı
    • Dünən, 22:00
    • 64

Kamala Harris Trampı ələ saldı

Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Kamala Harris rəsmi TikTok hesabını açaraq sosial mediadakı varlığını gücləndirməyə davam edir.

News24.az xəbər verir ki, Harrisin keçən həftənin sonunda açdığı profili 3 milyondan çox izləyici qazanıb.

Rəsmi profilinə yüklənən ilk videolardan birində Harris potensial rəqibi Donald Trampı ələ saldığı qısa klip paylaşıb.

Qeyd edək ki, müğənni Lance Bass kameranı tutaraq Harrisə "Hey Kamala, noyabrda Donald Trampa nə deyəcəyik?" soruşub.

Harris müğənninin hitlərindən olan mahnının sözləri ilə "Bye, bye, bye" deyərək cavab verib. Arxa fonda ifa olunan mahnının qısa klipi kimi ikisi gülür və yellənir.

Günel Məlikzadə