"Google Chrome" üçün son xəbərdarlıq! İndi yeniləyin
    • 30-08-2024, 09:19
    • 347

"Google Chrome" üçün son xəbərdarlıq! İndi yeniləyin

Google Chrome ən son yeniləməsi ilə 4 mühüm təhlükəsizlik boşluğunu bağlayıb.

News24.az xəbər verir ki, bu boşluqlar zərərli şəxslərə istifadəçi sistemlərinə icazəsiz giriş əldə etməyə və şəxsi məlumatları oğurlamağa imkan verən təhlükələr yaradırdı.

Yamaqlanmış boşluqlara V8 jаvascript mühərrikində iki “Type Confusion” və Skia qrafika kitabxanasında iki “Heap buffer overflow” boşluqları daxildir. Bu zəifliklər istifadəçilərin təhlükəsizliyi üçün xüsusilə vacib idi. Google zəifliklər barədə məlumat verən təhlükəsizlik tədqiqatçılarını mükafatlandırmağı unutmayıb.

Qeyd edək ki, yeniləmə Windows, Mac və Linux istifadəçiləri üçün tədricən buraxılacaq. Vurğulanır ki, istifadəçilər Chrome brauzerlərini ən son versiyaya (128.0.6613.113/.114) yeniləyir və özlərini mümkün təhlükəsizlik risklərindən qoruyurlar.


Günel Məlikzadə