"Chrome"-da ən faydalı və populyar funksiya LƏĞV EDİLİR
    • 25-05-2023, 10:34
    • 241

"Chrome"-da ən faydalı və populyar funksiya LƏĞV EDİLİR

"Google" şirkəti "Chrome" brauzerinin köhnə versiyalarında ən faydalı və populyar funksiyalardan birini dayandırır.

News24.az xəbər verir ki, bu, daxili veb səhifə tərcüməsi funksiyasıdır. 

İstifadəçilər "Chrome 95" və ya daha köhnə versiyalarda səhifələri tərcümə etməyə çalışdığı zaman "Bu səhifə tərcümə edilə bilməz" xətası ilə üzləşəcəklər. 

Bu funksiyanın deaktiv ediləcəyi tarix hələ məlum deyil. /androidpolice.com/