Avropada ən çox hansı avtomobillər SATILDI? - Hibrid, dizel, elektrikli yoxsa..
    • 30-08-2024, 09:30
    • 332

Avropada ən çox hansı avtomobillər SATILDI? - Hibrid, dizel, elektrikli yoxsa..

Avropa İttifaqının avtomobil bazarının iyul ayı hesabatı açıqlanıb. 

News24.az Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) paylaşdığı məlumatlara istinadən xəbər verir ki, Avropada yeni avtomobillərin qeydiyyatı 0,2 faiz artıb. Elektriklə işləyən avtomobillərdə 12,1 faiz artım olub.

Avropa bazarında yeni avtomobillərin qeydiyyatı çox qarışıq gedir. İtaliya və İspaniya artım olsa da, Fransa və Almaniya kimi əsas bazarlarda yeni qeydiyyatlar azalıb. Aİ-də nəqliyyat vasitələrinin qeydiyyatı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 6,5 milyon ədədə çatıb.

Digər tərəfdən, iyul ayından etibarən güc aqreqatında əhəmiyyətli dəyişiklik olduğu görünür. Elektrikli avtomobillər iyulda 10,8 faiz azalaraq qeydiyyatdan keçənlərin 12,1 faizini təşkil edib. Belçika və Hollandiya kimi bazarlar artsa da, Almaniyada elektrik avtomobil trendinin azaldığı müşahidə edilib.

Plug-in hibrid avtomobillər də iyul ayında azalıb. Buna görə yeni qeydiyyatlar əvvəlki ilə nisbətən 14,1 % azalıb. Almaniyada plug-in hibrid satışlarında artım olsa da, digər bazarlardakı azalmaları kompensasiya edə bilməyib.

Bunun əksinə olaraq, hibrid-elektrikli avtomobillər iyul ayında pik nöqtəsinə çatıb. Hibrid-elektrikli modellər yeni qeydiyyatların 25,7 faizini təşkil edir; Fransa, İspaniya, Almaniya və İtaliya kimi bazarlarda ikirəqəmli artım əldə edilib.

Digər tərəfdən, daxili yanma ilə işləyən avtomobillər azalma tendensiyasını davam etdirir. Benzinli vasitə satışları iyul ayında 7 % artıb; dizellə işləyən avtomobillər 10,1 faiz azalıb.


Günel Məlikzadə