-
- 30-08-2024, 11:57
- 575
Yeniyetme qızdan 8 kiloqram şiş çıxarıldı
Rusiyanın Kemerovo vilayətində iki xəstəxananın həkimləri birləşərək 13 yaşlı qızdan 8 kiloqramlıq şişi çıxarmaq üçün əməliyyat keçiriblər.
News24.az xəbər verir ki, məktəbli qızın qarnı altı ay ərzində aktiv şəkildə böyüyüb.
Ancaq valideynlər bunu yeniyetməlik dövründə orqanizmdə hormonal dəyişikliklərlə əlaqələndiriblər. Uşaq kəskin ağrılar hiss etməyə başlayandan sonra kömək üçün Uşaq Klinik Xəstəxanasına müraciət ediblər.
"Qarın orqanlarının ultrasəs müayinəsi zamanı nəhəng ölçülü bir şiş aşkar etdik və o, bütün qarın boşluğunu tutaraq, yaxınlıqdakı daxili orqanları sıxmışdı", - deyə həkimlər qeyd edib.
Keçirilən əməliyyatda təxminən 30 sm ölçüdə və 8 kq ağırlığında olan neoplazma çıxarılıb.
Verilən məlumata görə, qızın səhhətinin stabil olmağına baxmayaraq, həkimlər onun vəziyyətini hələ də izləyirlər.
Məryəm İlhamqızı