Pikap yük maşınına çırpıldı - ölənlər var
    • 30-08-2024, 12:44
    • 165

Pikap yük maşınına çırpıldı - ölənlər var

Ercan Yıldızın idarə etdiyi pikap Çorum-Ankara avtomobil yolunda Çorum Şəkər Zavodunun qarşısında dayanmış yük maşınının arxasına çırpılıb.

News24.az xəbər verir ki, hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Sağlamlıq qrupları pikapda olan sürücü ilə Tuqay Çelik və Turqay Ceğilin hadisə yerində dünyasını dəyişdiyini müəyyən edib.

Bursanın İnegöl rayonundan mebel daşıdıqları öyrənilən 3 nəfərin cəsədi Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.

Məryəm İlhamqızı