Avtomobil ağaca çırpıldı - ölənlər var
    • 15-08-2024, 14:00
    • 261

Avtomobil ağaca çırpıldı - ölənlər var

Çorumda avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər ölüb.

News24.az xəbər verir ki, Ali Esmer (38) idarə etdiyi avtomobil Osmancık küçəsi yaxınlığında yol kənarındakı ağaca çırpılıb.

Dərhal hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Qəzada avtomobildə olan Şaban Bulcun (53) dünyasını dəyişib.

Yaralı sürücü Çorum Bələdiyyəsi xilasetmə qrupları tərəfindən sıxıldığı yerdən çıxarılaraq Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Burada edilən müdaxilələrə baxmayaraq Esmeri xilas etmək mümkün olmayıb.

Bulcun və Esmerin cəsədləri eyni xəstəxananın meyitxanasına aparılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı