Kenquru, alpaka, uçan dələ... - Sərhəddə tutuldular!
    • 30-08-2024, 18:09
    • 280

Kenquru, alpaka, uçan dələ... - Sərhəddə tutuldular!

Yunanıstandan Türkiyəyə daxil olmaq üçün sərhəd qapısına gələn Yunan nömrəli avtomobildə Trakya Gömrük və Xarici Ticarət Region Müdirliyinin Qaçaqmalçılıq və Kəşfiyyat Şöbəsi qrupları tərəfindən axtarış aparılıb.

News24.az xəbər verir ki, avtomobilin baqajında 3 kenquru, 3 alpaka, 1 Pataqon marası, avtomobilin içərisindən isə bəziləri körpə olmaqla 12 tutuquşu və 23 uçan dələ (pteromyini) götürülüb.

Sürücü saxlanılıb.

Tutulan heyvanlar Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyi qruplarına təhvil veriləcək.