-
- 31-08-2024, 18:08
- 366
Google Android-də Gmail-ə süni intellekt gətirir
Google Android mobil cihazlarında Gmail xidmətinə Gemini chatbotunu əlavə edib. Tezliklə bu funksiya iOS cihazlarında da görünəcək.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "The Verge” məlumat yayıb.
Bu funksiya Gmail Q&A adlanır və Google One AI Premium və ya Gemini Business, Enterprise, Education və ya Education Premium ilə Google Workspace abunəçiləri üçün əlçatandır.
Funksiyanı həyata keçirmək üçün Gemini 1.5 Pro istifadə olunur. O, poçt qutunuzun məzmununu təhlil edə və onların təsviri əsasında xüsusi təfərrüatları axtara, müəyyən mövzuda və ya konkret göndəricidən gələn məktubları yekunlaşdıra bilər.
Yeni funksiyanın təqdimatı 29 avqust 2024-cü ildə başlayıb və 15 gün ərzində tamamlanacaq.