-
- 19-08-2024, 23:13
- 340
Google daha bir funksiyanı LƏĞV EDİR....
Google böyük və ya kiçik bir çox layihələrindən asanlıqla imtina etməsi ilə tanınır. Nəhəng şirkətin unutmağa məhkum etdiyi xüsusiyyətlərə başqa biri də qoşulub.
News24.az Yenisabah.az-a istinadla bildirir ki, Google 2022-ci ildə Mesajlar proqramında YouTube videolarına baxmağa imkan verən şəkil içində şəkil funksiyasını ləğv edir.
Bu funksiya ilə istifadəçilər Mesajlar tətbiqinə göndərilən YouTube linklərinə tıkladıqları zaman tətbiqdən çıxmadan YouTube videolarına baxa bilirdilər.
Lakin məlum olub ki, bu funksiya Mesajlar proqramının ən son beta versiyasında silinib. İndi YouTube linkinə tıkladığınız zaman Youtube proqramı açılır.
Bu funksiyanın tamamilə silinəcəyi və ya Youtube Premium istifadəçilərinə məxsus olacağı hələlik məlum deyil.