Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxıb
    • 31-08-2024, 11:16
    • 426

Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxıb

Rusiyanın Kamçatka diyarında göyərtəsində 3 ekipaj üzvü olan “Mi-8” helikopteri yoxa çıxıb.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

“Mi-8” helikopteri Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu ilə hərəkət edib və təyin olunmuş vaxtda təyinat yerinə enməyib, ekipaj ilə əlaqə qurmaq mümkün deyil.